Menu

FHN yanan bina ilə bağlı məlumat yaydı

19.05.2015, 11:52
FHN yanan bina ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasının yanması faktı ilə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol