Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının fasadında baş vermiş böyük faciəyə yol açıb. Yanğın nəticəsində ölənlərin sayı durmadan atır. Son məlumatlara görə 16 nəfər ölüb, 65 nəfər yaralanıb. Yanğına səbəb binanın fasadına çəkilən üzlüyün alışması olub.
Dəhşətli faciəyə səbəb olan bu yanğın paytaxtda böyük narahatlıq və panikaya yol açıb. Məsələ ondadır ki, paytaxtda və ətrafında 10-larla binanın fasadına sözügüdən yanğına səbəb olan polistrol, penoplast və ya poliuretan üzlüklərdən çəkilib.
Qeyd edək ki, bu cür üzlüklərin alışmaması üçün onların üzərinə xüsusi maddə vurulur. Dəhşətli faktdır ki, bu maddə baha olduğundan əksər binaların fasadlarına çəkilən üzlüklərə ya vurulmayıb, ya da saxtası vurulub. Elə son hadisədə bunu bir daha təsdiqlədi. Nəticədə binaların fasadları kiçik bir qığılcımdan alışaraq, böyük faciələrə səbəb olur.
Paytaxt sakinlərinin narazılığına baxmayaraq, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Fövqəladə Hallar Nazirliyi binaların fasadlarına yanğına davamlı materiallardan üzlüklərin vurulmasını təmin etməyiblər. Bu səbəbdən də son hadisədən sonra paytaxt sakinləri özləri binaların fasadlarına vurulan penoplast üzlükləri sökməyə başlayıblar. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Binəqədi rayonu, 8-ci mikraroyonda bəzi sakinləri yanğın təhlükəsindən ehtiyat edərək öz evlərinin fasadını dağıdıblar.
Xətai rayonu, Zığ şosesi küçəsi ətrafındakı binalarda yaşayan insanlar da həyətdə aksiya keçirərək, fasadlara vurulmuş penoplastların sökülməsini tələb ediblər.Bu çür aksiyaları davamlı olacağı gözlənilir.
VAQİF
AzPolitika.info



Şərhlər