Menu

Hacıbala Abutalıbov hadisə yerində - Sakinlər aksiya keçirir - Yenilənib

19.05.2015, 19:24
Hacıbala Abutalıbov hadisə yerində  - Sakinlər aksiya keçirir - Yenilənib

"Yanğınla əlaqədar evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək". Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bunu bu gün Bakıda yanğın baş verən yaşayış binasının sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Hadisə yerinə baş çəkən icra başçısı sakinlərlə söhbət edib.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək.

H.Abutalıbov bildirib ki, yanğın səbəbindən bu gün evsiz qalan bütün sakinlər müvəqqəti olaraq evlə təmin ediləcək: "Evləri tam yanmış bütün sakinlər ayrı-ayrı yerlərdə - 10 xüsusi villa, koteclər, eləcə də sanatoriyalarda müvəqqəti yerləşdiriləcək".

Onun sözlərinə görə, dəyən ziyandan asılı olmayaraq, sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək: "Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək. Evi yananlara ən yüksək məbləğ veriləcək. Həmçinin məktəbə gedən uşaqlar üçün avtobuslar təşkil olunacaq".

Hadisə yerində olan jurnalist Aysel Əlizadənin musavat.com-a verdiyi məlumata görə, BŞİH rəhbərini polislər mühafizə edir. Həmçinin zərərçəkənlər ərazidən uzaqlaşdırılıb. Onların H.Abutalıbovla təmasına imkan verilmir.

A. Əlizadə onu da bildirdi ki, yanan binanın yaxınlığındakı evlərin sakinləri aksiyaya başlayıblar. Sakinlər yaşadıqları binaların penaplast üzlüklərini sökməyə başlayıblar.

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol