Menu

Suriyada silahlılar böyük hərbi baza ələ keçirib

20.05.2015, 08:59
Suriyada silahlılar böyük hərbi baza ələ keçirib

“Əl Qaidə terror təşkilatı ilə əlaqəli qruplaşmaların əlahiddə dəstəsi Suriyanın İdlib əyalətində böyük hərbi bazanı ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya insan hüquqları müdafiəsi mərkəzinin açıqlamasında bildirilir.

Məlumata görə, ordu qüvvələri heç bir müqavimət göstərmədən İdlibdəki Əl-Mastum hərbi bazasından geri çəkilib.

“Röyters”in məlumatına görə, ordu qüvvələri Əl-Mastum hərbi bazasından başqa Erihu şəhərindən də geri çəkiliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol