Menu

Rusiya Türkiyədən icazə almadı

20.05.2015, 09:11
Rusiya Türkiyədən icazə almadı

Bu şirkətin tarixində bir ilkdir

Rusiyanın “Qazprom” şirkəti ilk dəfə olaraq nəhəng eksport layihəsini razılıq əldə etmədən işə salıb. Anspress-in məlumatına görə, inhisarçı şirkət “Türkiyə axını” qaz kəmərinin tikintisinə başladığı barədə xəbər yayıb.

Bununlada “Qazprom” tam tikilməmiş kəmər ilə Qara dənizin ortasında qalmaq riski edir. Lakin şirkətdə belə düşünmürlər. Şirkətdən bildiriblər ki, razılaşmanın əldə olunmasında ləngimə sırf siyasi xarakter daşıyır və Türkiyədə olan seçkilərdən sonra iyun ayında razılaşma imzalanacaq.

Ekspertlər qeyd edir ki, “Qazprom”un bu hərəkəti danışıqlarda Türkiyəyə üstünlük verəcək. Lakin şirkətin heç nədən podratçıya pul ödədiyini nəzərə alsaq “Qazprom”un itirəcəyi bu üstünlükdən itirəcəyi bir şey yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol