Menu

Bakıda binaları yeni materialla üzləməyə başladılar - FOTOLAR

20.05.2015, 16:17
Bakıda binaları yeni materialla üzləməyə başladılar - FOTOLAR

Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmasına başlanılıb. "Report"un əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni - daş materiallarla üzlənməsi prosesini izləyiblər.

Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb.

İş icraçısı Ramin Cəfərov sayta bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: "Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol