Menu

“Kölgə iqtisadiyyatı”nın vergiyə cəlb edilməsi 3 milyard gətirə bilər”

20.05.2015, 21:36
“Kölgə iqtisadiyyatı”nın vergiyə cəlb edilməsi 3 milyard gətirə bilər”

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir.

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Dünya Bankının rəqəmlərində Azərbaycanda "kölgə iqtisadiyyatı" 60%, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8% təşkil edir: "Məncə, bunun heç biri düzgün deyil və bu göstərici təxminən 33% təşkil edir".

Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası məsələsi müzakirə olunub və sənəd parlamentin plenar iclasına tövsiyə olunub. /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol