Menu

Koreya raketi ABŞ-ın arxayınlığını sarsıtdı

21.05.2015, 01:06
Koreya raketi ABŞ-ın arxayınlığını sarsıtdı

Şimali Koreya dünyanı fərqli nailiyyətlərlə mat qoymağı vəd edir

Rusiya KİV-nin yaydığı məlumata görə, bu yaxınlarda Şimali Koreyanın sualtı qayıqdan ballistik raket buraxması Barak Obama administrasiyasında şok yaradıb. Bu barədə mayın 18-də Koreya Xalq Demokratik Respublikasında (KXDR) nəşr olunan mərkəzi «Nodon sinmun» qəzeti yazıb (TASS).

Qəzet qeyd edir ki, KXDR belə raketlərin sualtı qayıqlardan buraxılması texnologiyalarını hazırlamaqla, indi dünya səviyyəli strateji silaha malikdir və ixtiyari sularda düşmən qüvvələrinə güclü zərbə endirmək qüdrətindədir. KXDR-nın parlaq qələbəsi, bundan əvvəl Vaşinqtonun Koreya yarımadasının cənubunda və Asiya-Sakit okean bölgəsində atom esmineslərini və digər müasir silahları cəlb etməklə sonu görünməyən hərbi təlimlər keçirməsinə baxmayaraq, ABŞ administrasiyasında öz gücünə inamsızlıq doğurub. Bu da ABŞ-la qarşıdurmada Pxenyanın qalib gəlməsinin göstəricisidir: «Gələcəkdə KXDR dünyanı iqtisadiyyat və hərbi texnologiyalar sahəsində digər nailiyyətlərlə mat qoyacaq...».

Koreya KİV-nin məlumatına görə, ballistik raket silahlı qüvvələrə marşal rütbəsi ilə rəhbərlik edən Kim Çen Inın şəxsi təşəbbüsü əsasında, Koreya əmək partiyasının (KƏP) strategiyasına uyğun olaraq, yaradılıb. KXDR-nın lideri mayın 9-da su altında üzən Koreya istehsalı olan sualtı qayıqdan raketin buraxılmasını şəxsən izləyib. O, raketin yaradılmasında əməyi olan alimlərə, texnoloqlara və müdafiə müəssisələrinin fəhlələrinə təşəkkürünü bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol