Menu

Binəqədidə bəzi binalarda poliuretan üzlüklərin sökülməsinə başlanıb

21.05.2015, 11:50
Binəqədidə bəzi binalarda poliuretan üzlüklərin sökülməsinə başlanıb

Binəqədi rayonu ərazisində bəzi yaşayış binalarında poliuretan üzlüklərin sökülməsinə başlanıb. Bunu APA-ya açıqlamasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

İH başçısı bildirib ki, bu işlər Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının rəyinə əsasən aparılır.

Onun sözlərinə görə, bunlar Azadlıq prospekti 30, 24, 18, 14 ünvanlarında yerləşən 16 mərtəbəli binalardır: “Bütün binalarda olan üzlüklərin sökülməsi ilə bağlı Dövlət Komissiyası rəy verəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol