Menu

Azərbaycanda 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

21.05.2015, 13:32

MehkemeAzərbaycanda 70-dən çox məhkəmə hakimi məhkəmə sistemindən kənarlaşdırılıb. APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində nəşr olunan məqaləsində qeyd olunub. Bildirilib ki, ötən illərdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Bundan əlavə, aşkarlanan korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol