Menu

Kliniki Tibbi Mərkəz 11 xəstənin durumunu açıqladı

22.05.2015, 11:32
Kliniki Tibbi Mərkəz 11 xəstənin durumunu açıqladı

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyəti orta ağırdır. Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: "Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur".

A.Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol