Menu

Ukraynada deputat güllələndi

23.05.2015, 10:26
Ukraynada deputat güllələndi

Ukraynada Slavutiç şəhər Sovetinin deputatı, UDAR partiyasını təmsil edən Anatoli Qladçenko silahlı hücuma məruz qalıb.

APA-nın Ukrayna mətbuatına verdiyi məlumata görə, deputat ağır vəziyyətdə Kiyev xəstəxanalarının birinə çatdırılıb. Onun tezliklə əməliyyat olunacağı bildirilir.

Qeyd olunur ki, naməlum şəxs yaxın məsafədən travmatik tapançadan A.Qladçenkonun üz nahiyəsinə iki dəfə atəş açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol