Menu

Çingiz Abdullayevə daha bir vəzifə verildi

23.05.2015, 11:35
Çingiz Abdullayevə daha bir  vəzifə verildi

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fonduna rəhbərlik Azərbaycana keçdi.

"Trend"-in məlumatına görə, Fondun yeni prezidenti Çingiz Abdullayev olub.

Strukturda rəhbər dəyişikliyi bu gün Fondun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü iclasında baş tutub. Fondun rəhbərliyi rotasiya üzrə Türkiyədən Azərbaycana keçib.

Fond 2009-cu il martın 4-də Buxarestdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Beseskunun təşəbbüsü ilə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol