Menu

Kristiano Ronaldo bu mövsüm rekord sayda qol vurub

24.05.2015, 10:47
Kristiano Ronaldo bu mövsüm rekord sayda qol vurub

 İspaniya La Liqasının son turunda “Real” öz meydanında “Hetafe”nin qapısından 7 top keçirib.

Apasport.az saytının məlumatına görə, bu qollardan üçünə imza atan portuqaliyalı ulduz Kristiano Ronaldo bu mövsüm vurduğu qolların sayını 48-ə çatdıraraq La Liqanın bombardiri olub.

Bu göstərici ilə o, həm də öz rekordunu yeniləyib. 2011/12 mövsümündə 46 qol vuran Ronaldo cari il göstəricisini daha da yaxşılaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol