Menu

Türkiyədə PKK üzvləri həbs edildi

25.05.2015, 01:32
Türkiyədə PKK üzvləri həbs edildi

Türkiyədə geniş miqyaslı antiterror əməliyyatı həyata keçirilib. ANS PRESS-in məlumatına görə, Ağrı vilayətində keçirilmiş antiterror əməliyyatında saxlanılan 19 nəfərdən 14-ü həbs edilib.

Türkiyə mətbuatı yazır ki, zərərsizləşdirilən dəstə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) törəməsi olan YDG-H qruplaşmasına aiddir. Dəstə üzvlərindən xeyli miqdarda silah və sursatın ələ keçirildiyi bildirilir.

Ölkənin Şırnak bölgəsində isə İraq ərazisindən gələn 8 PKK-çı hökumət qüvvələrinə təslim olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol