Menu

ABŞ xüsusi xidməti telefon danışıqlarını dinləyə biləcək

04.01.2014, 12:48
ABŞ xüsusi xidməti telefon danışıqlarını dinləyə biləcək

Xarici kəşfiyyata nəzarət işi üzrə ABŞ məhkəməsi xüsusi xidmət orqanlarına Birləşmiş Ştatlar vətəndaşlarının telefon danışıqları haqqında kütləvi məlumat toplanmasına icazə verib. Bu xəbəri Asoşeyted Press agentliyi ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin nümayəndəsinə istinadən verib.

Xatırladaq ki, keçən ilin dekabr ayında Vaşinqtondakı Federal Dairə Məhkəməsi telefon danışıqlarından məlumat əldə etməyin dayandırılması haqda qərar qəbul etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol