Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda, dəmiryolu xəttinin yaxınlığında güclü yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğındam Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Qanbay Vəzirov küçəsində, dəmiryolu xəttinin yaxınlığında qeydə alınıb.
Saat 08:44-da məlumat daxil olan kimi hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Müəyyən olunub ki, yanğın dəmiryolunun yaxınlığında mazutun yığıldığı ərazidə qeydə alınıb.
Təcili təhlükəsizlik tədbirləri görülüb. Yanğının dəmiryolu xəttinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Yanğın söndürülüb.
Qeyd edək ki, ərazidə benzin və neft daşıyan vaqonlar olub. Yaxınlıqda isə yaşayış evləri var.
Faktla bağlı araşdırma aparılır.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda 500 kv.m sahədə mazut qarışıqlı məişət tullantıları yanıb.
Yaxınlıqdakı tikililər və mazut gölməçəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.




Şərhlər