Azərbaycanda həbsxanada məhbusda narkotik aşkarlanıb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Binəqədi rayonunda yerləşən 11 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən 1989-cu il təvəllüdlü Tahir Güllər oğlu Səmədovun çantasından 0.165 qram heroin götürülüb.
Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.

Şərhlər