Menu

Türkiyə qırıcı təyyarələr istehsal edəcək

27.05.2015, 19:25
Türkiyə qırıcı təyyarələr istehsal edəcək

Türkiyə müdafiə sənayesini inkişaf etdirmək niyyətindədir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə əsasən, Türkiyə yerli qırıcı təyyarələrin istehsalına başlamağı planlaşdırır: "Şübhəsiz ki, Ankara bu layihəni reallaşdıra biləcək".

Ə.Davudoğlu qeyd edib ki, yerli qırıcı artıq 2023-cü ildə istismara veriləcək: "Türkiyə müdafiə sənayesi sahəsində tam müstəqil olmalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol