Menu

Avropa liderləri Blatterə qarşı

30.05.2015, 10:27
Avropa liderləri Blatterə qarşı

Merkel və Kameron: "Blatter getməlidir, FİFA korrupsiyadan uzaq olmalıdır"

"FİFA prezidenti Cozef Blatter istefa verməlidir və bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır." Anspress-in məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron bildirib.

O, Berlində Almaniya kansleri Angela Merkel ilə görüşdə söyləyib ki, Blatterin 7 FİFA rəsmisinin həbsi fonunda bu təşkilatı təmizləyəcəyini düşünmək mənasızdır: "Səmimi desək, biz bu gözəl oyunun eybəcər tərəfini gördük."

A.Merkel deyib ki, hansı namizədin qalib gəlməsindən aşlı olmayaraq, FİFA-da yaranmış qalmaqal həll olunmalı və bu təşkilat korrupsiyadan uzaq olmalıdır.

Xatırladaq ki, FİFA-nın Sürixdə keçirilən toplantısında C.Blatter təşkilata yenidən prezident seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol