Menu

FİFA-nın vitse-prezidenti Blatterə görə istefaya getdi

30.05.2015, 15:25
FİFA-nın vitse-prezidenti Blatterə görə istefaya getdi

Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) vitse-prezidenti Devid Qill istefa verib. Musavat.com-un “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu addımı onun Yozef Blatterin təzədən FİFA prezidenti seçilməsinə etiraz olaraq atdığı bildirilir.

“Mənim üçün indiki liderin rəhbərliyi altında FİFA-nın İcraçı Komitəsinin üzvü olmaq məqbul deyil” – deyib Qill.

Qeyd edək ki, dünən 79 yaşlı isveçrəli korrupsiya qalmaqalı fonunda təzədən (ikinci turda) təşkilatın prezidenti seçilib.

Rusiya nəticədən məmnunluğunu gizlətməyib. Vladimir Putin Blatterə dərhal təbrik göndərib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol