Menu

"Spartak" türk məşqçi ilə yollarını ayırdı

30.05.2015, 16:36
"Spartak" türk məşqçi ilə yollarını ayırdı

"Spartak"dan bildirilib ki, ikitərəfli razılıq əsasında müqavilə pozulub və əsas məşqçi Murad Yakınla klubdan göndərilib

"Spartak" Moskva türk əsilli isveçrəli baş məşqçi Murat Yakınla yollarını ayırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytında məlumat yarləşdirilib. "Spartak"dan bildirilib ki, ikitərəfli razılıq əsasında müqavilə pozulub və əsas məşqçi Murad Yakınla klubdan göndərilib.

Rusiya klubu növbəti mövsümə hazırlığı yeni baş məşqçinin rəhbərliyi altında başlayacaq. "Spartak"ın əsas məşqçisinin kim olacağı haqqında hələlik konkret qərar qəbul edilməyib. Bu barədə yekun qərar yaxın günlərdə keçiriləcək direktorlar şurasında qəbul ediləcək.

"Spartak" FK türk əsilli baş məşqçiyə kluba verdiyi əməyə görə təşəkkür edib və gələcək kariyerasında uğurlar arzu edib.

Qeyd edək ki, yerli mətbuatda klubun əsas məşqçi postuna "Arsenal"nın (Tula) hazırki baş məşqçisi Dmitri Aleniçevin təyin ediləcəyi yazılır. İddialara görə, artıq "Spartak" D.Aliniçevlə danışıqlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol