Menu

«Krıma görə, Rusiyanı məhkəməyə çəkmək lazımdır» - Litva seyminin spikeri

30.05.2015, 16:49
«Krıma görə, Rusiyanı məhkəməyə çəkmək lazımdır» - Litva seyminin spikeri

Xarici KİV-n məlumatına görə, Litva Seyminin sədri Loreta Qraujinene belə bir fikir səsləndirib ki, Beynəlxalq ədalət məhkəməsi Rusiya tərəfindən Krımın ilhaq edilməsinə qiymət verməlidir (Rosbalt).

Parlament sədri deyib: «Rusiya təcavüzünün pislənməsi istiqamətində biz, yalnız siyasi bəyannamələrlə kifayətlənməməliyik. Krımın ilhaqı barədə Beynəlxalq ədalət məhkəməsinin fikrini öyrənmək məqsədilə, mümkün məhkəmə mexanizmləri barədə düşünməyin vaxtıdır. Bu məqsədə çatmaq üçün ilk növbədə, parlamentarilər öz imkan və vasitələrindən istifadə etməlidirlər...».

Sözünə davam edən spiker «Bunları söyləyərkən, mən parlament rəhbərliyinin, parlament komitələrinin, parlament əlaqələri üzrə qrupların, parlament assambleyalarındakı nümayəndələrin, partiyaların və fərdi parlamentarilərin ünsiyyətini nəzərdə tuturam»- əlavə edib.

Xatırladaq ki, Beynəlxalq ədalət məhkəməsi - Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə instansiyasıdır. Onun mənzil-qərargahı Haaqa şəhərində yerləşir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol