Baş məşqçi "Neftçi" ilə final qarşılaşması haqda fikirlərini bildirib
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan koboku uğrunda final matçı barədə danışıb. Anspress-in məlumatına görə, baş məşqçi "Neftçi" ilə oyuna görə çox narahat olduğunu bildirib.
“Bəlkə də digər oyunlarda bu qədər narahat deyildim. Həqiqətən də, ilk dəqiqələrdən məni və oyunçuları hər dəqiqə surpriz gözləyə bilər. Bu oyunda tamamilə başqa bir “Neftçi” görə bilərik. Bu oyun qaranlıq bir qarşılaşmdır”, - deyə Qurban Qurbanov bildirib.
Qurban Qurbanovun müsahibəsinə ANS TV-nin efirində yayımlanan "Passport"un növbəti buraxılışlarında baxa bilərsiniz.


Şərhlər