Menu

Türkiyədə silah qalmaqalı böyüyür - VİDEO

30.05.2015, 17:07
Türkiyədə silah qalmaqalı böyüyür - VİDEO

Müxalifətyönümlü "Cümhuriyyət" qəzeti videogörüntüləri yaymaqla siyasi gündəmə qalmaqal salıb

Türkiyənin müxalifətyönümlü "Cümhuriyyət" qəzeti iqtidara qarşı yönəlmiş videogörüntüləri yaymaqla siyasi gündəmə yeni qalmaqal saldı. ANS TV-nin məlumatına görə, görüntülərdə hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşıması əks olunub.

Məlumata görə, bu videogörüntü 2014-cü ilin yanvar ayında çəkilib. Silahlar tibbi ləvazimatlar daşınan avtomobillərdə qutulara yerləşdirilib. Türkiyə polisi həmin avtomobillərdə axtarış zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıb. Yük avtomobilləri Türkiyə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən idarə olunub. Silahlar isə Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara çatdırılmalı imiş.

Bu görüntülər Türkiyədə bir il yarım bundan əvvəl də yayılmışdı. Hökümət isə həmin yük maşınlarının silah yox Suriyaya yardım daşıdığını bəyan etmişdi.

Hələ o zaman Rəsmi Ankara bu əməliyyatın hökümətə qarşı çıxan din alimi Fətullah Gülənin tərəfdarları tərəfindən icra olunduğunu bildirmişdi. Daha sonra həmin ilin may ayında axtarış əməliyyatının bütün iştirakçıları, 60-a yaxın polis əməkdaşı və prokurorlar həbs olunmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu ölkəyə xəyanət və casusluq adlandırmışdı.

İndi isə Türkiyədə ümumi seçkilərə bir həftə qalmış yenidən bu videogörüntünün ortaya çıxması rəsmi Ankaraya qarşı yönəlmiş bir addım kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol