Menu

Yaponiyada zəlzələ: sunami təhlükəsi elan olundu

30.05.2015, 17:16
Yaponiyada zəlzələ: sunami təhlükəsi elan olundu

Yaponiya Meteoroloji Agentliyi: "Zəlzələnin gücü 8 baldan çoxdur"

Yaponiyada güclü zəlzələ olub. Anspress-in məlumatına görə, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Bildirilir ki, bu gün Sakit okeanda, paytaxt Tokiodan cənubda yerləşən Oqasavara adasının yaxınlığında maqnitudası 8 baldan çox olan zəlzələ baş verib.

Zəlzələdən sonra sunami təhlükəsi elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol