Menu

Rusiya sanksiyalara cavab olaraq, Aİ-yə “qara siyahı” təqdim edib

30.05.2015, 18:31

SanksiyaRusiya hökuməti Avropa İttifaqına üzv ölkələrin səfirliklərinə Rusiya ərazisinə daxil olmaları qadağan edilən rəsmi şəxslərin siyahısını təqdim edib. SalamNews-un “Kommersant”a istinadla verdiyi xəbərə görə, sənədin nüsxəsi Finlandiya milli teleradioyayım şirkətinin saytında, o cümlədən bir sıra digər Avropa KİV-ində ictimaiyyətə təqdim edilib.

Rusiyanın təqdim etdiyi “qara siyahı”da 89 nəfərin adı hallanır. Onlar arasında Avropa Parlamentinin üzvləri, yüksək vəzifəli hərbçilər, güc və kəşfiyyat strukturlarının əməkdaşları, o cümlədən ictimai xadimlərin adları var.

"Qara siyahı"dakı şəxslərin əksəriyyəti Baltikyanı ölkələr, Polşa, İsveç və Böyük Britaniya vətəndaşlarıdır.

Rəsmi Moskva avropalı siyasətçilərə qarşı bu sanksiyaları Ukrayna ətrafında ötən il baş verən münaqişə və Krımın Rusiyaya ilhaqı səbəbilə Avropa İttifaqı tərəfindən həyata keçirilən analoji sanksiyalara cavab olaraq tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol