Türkiyədə bank fəaliyyətini tənzimləyən qurum (BDDK) prezident Recep Tayyip Erdoğanın opponentlərindən biri ilə "əlaqəli olan" iri bankı tam nəzarət altına aldığını elan edib.
BDDK Bank Asya-dakı problemlərin Türkiyə maliyyə sabitliyinə təhlükə yaratdığını bildirir.
Fevral ayında şəffaflığın çatışmazlığı səbəbilə bankın rəhbərliyi vəzifədən çıxarılmışdır.
Bank Asya Fethullah Gülen davamçıları tərəfindən təsis olunub.
Vaxtilə Erdoğanın yaxın müttəfiqi olan ruhanı Türkiyə prezidentinin qatı tənqidçilərindən biridir.
Prezident Erdoğan dövlət orqanları, polis və məhkəmə sistemindən Gülen tərəfdarlarının kənarlaşdırılmasını tələb edib.
Türkiyə lideri hazırda ABŞ-da yaşayan ruhanini dövlət daxilində dövlət qurmaqda ittiham edir. /BBC


Şərhlər