Menu

İŞİD-dən amansız plan: uşaqları qaçırır ki…

31.05.2015, 11:28
İŞİD-dən amansız plan: uşaqları qaçırır ki…

ANS PRESS-in məlumatına görə, İŞİD silahlıları İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar. Bu barədə Ənbar vilayəti məclis üzvü Fərhan Muhamməd xəbər verib.

O bildirib ki, İŞİD silahlıları nəzarət altında saxladıqları yerlərdləki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.

Uşaqların qaçırılması barədə xəbəri Diyala vilayəti polis idarəsi müdiri casim əs-Sadidi də təsdiqləyib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrinn mərkəzinə atıla biləcəyindən ehtiyat etdiyini dilə gətirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol