Menu

"Saakaşvili dövlətimizi təhqir edib -  Gürcüstan Prezidenti

01.06.2015, 00:02

img1508934KİV-in məlumatına görgə, Gürcüstanın prezidenti Georgi Marqvelaşvili keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından imtina etməsini ölkəsi üçün təhqir adlandırıb. Gürcüstan lideri bu bəyanatı bazar günü Kutaisidə Polis günü münasibətilə keçirilən bayram şənliyində səsləndirib (TASS).

Gürcüstan prezidenti bu barədə deyib: «Onun yaraşmayan davranışı mənə aydın deyil. Bu qərarı ilə Saakaşvili dövlətimizi və prezident institutunu təhqir edib. Karyeradan əhəmiyyətli dəyərlər də var, onlardan biri də öz ölkəsinin vətəndaşı olmaqdır...». Marqvelaşvilinin fikrincə, keçmiş prezident Gürcüstan vətəndaşlığını qoruyub saxlamağa borclu idi.

Gürcüstan qanunlarına görə, digər dövlətin vətəndaşlığını almış gürcüstanlı avtomatik olaraq, Gürcüstan vətəndaşlığından məhrum olur. Bununla belə, Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığa da icazə verir. Bunun üçün xarici vətəndaş Gürcüstan vətəndaşlığı almaq üçün ölkə başçısından ona vətəndaşlıq verilməsini xahiş etməlidir.

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli isə deyib: «Öz hərəkəti ilə Saakaşvili göstərdi ki, öz ölkəsinin vətəndaşlığı onun üçün əhəmiyyət kəsb etmir. Bu hərəkəti ilə o, Gürcüstana «sadiqliyini» nümayiş etdirdi. Əgər indiyə qədər kimlərsə onun «Gürcüstan sədaqəti»nə şübhə ilə yanaşırdısa, indi hamı gördü ki, öz ölkəsinin vətəndaşlığı onun üçün əhəmiyyət daşımır...».

Xidaşeli eyni zamanda, eks-prezidentin ikili vətəndaşlıq alması perspektivinə də skeptik yanaşdığı bildirib: «Hesab etmirəm ki, Saakaşvili bu hərəkətindən sonra ona vətəndaşlıq verilməsi xahişi ilə Gürcüstan prezidentinə müraciət etsin...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol