Menu

Cənubi Çin dənizində Çin-ABŞ qarşıdurması güclənir

01.06.2015, 00:21
Cənubi Çin dənizində Çin-ABŞ qarşıdurması güclənir

Pekin bölgədə HHM zonası yaradır

Çin ordusunun baş qərargah rəisinin müavini Sun Jianquo bildirib ki, Çin Xalq Respublikasına (ÇXR) qarşı hava və ya dəniz təhlükəsizliyi qorxusu yarandığı təqdirdə, Cənubi Çin dənizində Hava Hücumundan Müdafiə (HHM) zonasının yaradılması barədə qərar qəbul oluna bilər. O, qeyd edib ki, Pekinin hərəkətləri qanuni və sülhsevər xarakter daşıyır. Jianquo digər dövlətləri də «didişmə toxumu» səpməməyə səsləyib (Lenta.ru).

Jianquo bu barədə deyib: «Biz ümid edirik ki, müvafiq dövlətlər Cənubi Çin dənizində sülh, dostluq və əməkdaşlıq atmosferi yaratmaq üzərində birgə işləyəcəklər».

Bu arada ABŞ narahatlığını bildirib ki, Çinin bu hövzədə HHM zonası yaratması Asiya-Sakitokean bölgəsində təhlükəsizliyi və azad gəmiçiliyi təhdid altına ala bilər.

Mayın 30-da ABŞ-ın müdafiə naziri Eşton Karter Pekinin Cənubi Çin dənizində süni adacıqlar yaratmasını tənqid atəşinə tutub. Onun sözlərinə görə, bu, münaqişələrin meydana çıxması risklərini artırır.

Xatırladaq ki, Pekin sözügedən bölgədə qonşu dövlətlərlə ərazi mübahisələri fonunda süni adacıqlar yaradır. Belə ki, Pekin Cənubi Çin dənizində Spartali arxipelaqına və Parasel adalarına iddialıdır. Bu ərazilərə eyni zamanda, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam da iddia irəli sürür. Spartali arxipelaqı isə neft və qazla zəngin ərazi hesab olunur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol