Menu

Bakının iki mərkəzi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

01.06.2015, 17:12

bagli yol temirBakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saatlarınadək Yasamal rayonu İnşaatçılar prospekti və Landau küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol