Menu

Bakıda polis əməkdaşı qəza törətdi: xəsarət alan var

01.06.2015, 17:19
Bakıda polis əməkdaşı qəza törətdi: xəsarət alan var

Bakıda polis əməkdaşı qəza törədib. APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Tbilisi prospektində qeydə alınıb. Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı, 1979-cu il təvəllüdlü Ağatahir Zakir oğlu Cavadovun idarə etdiyi “Volkswagen” markalı, 90 LH 270 dövlət nömrə nişanlı avtomobil 1966-cı il təvəllüdlü Bəbir Quliyevin idarə etdiyi “Hyundai” markalı, 90 TE 803 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə B. Quliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol