Menu

Hindistan-Pakistan sərhəd zolağında atışma

01.06.2015, 21:34
Hindistan-Pakistan sərhəd zolağında atışma

Xarici KİV-in məlumatına görə, Hindistan silahlı qüvvələri gün ərzində Pakistanı «nəzarət xətti»ndə (bu ölkələr arasında demarkasiya olunmuş xətt) atəşkəs rejimini 3 dəfə pozmaqda günahlandırıb. ND TV kanalı xəbər verir ki, atışma nəticəsində bir Hindistan əsgəri yaralanıb (TASS).

Telekanalın Hindistan müdafiə nazirliyindəki mənbəyi insident barədə deyib: «Pakistan hərbçiləri bizim Katuxa dairəsindəki blokpostumuzu avtomat silahlardan atəşə tutdu...».

Nazirlik onu da bildirib ki, Hindistan hərbçiləri ölkə ərazisinə keçməyə cəhd göstərən 4 terrorçunun qarşısını alıb. Onlardan 3-ü məhv edilib, dördüncüsü isə axtarılır.

Bundan əvvəl Hindistanın müdafiə nazirliyi Pakistan tərəfi 2013-cü il ərzində atəşkəs rejimini 200 dəfə pozmaqda günahlandırıb. 2011-ci ildə 51 dəfə, 2012-ci ildə isə 93 dəfə belə hal qeydə alınıb.

Hindistan,qarşı tərəfi həm də onda günahlandırır ki, bu ölkə yaraqlıların Hindistan ərazisinə keçməsi üçün blokpstlara hücumlardan istifadə edir.

Axırıncı dəfə «nəzarət xətti»ndə ciddi insident yanvar ayında baş verib. O zaman bir neçə gün davam edən atışmalar nəticəsində hər iki tərəfdən 10-a yaxın hərbi qulluqçu həlak olub.

Məlumat üçün bildirək ki, «nəzarət xətti» iki ölkəni ayırır, amma hüquqi cəhətdən tanınmış sərhəd zolağı deyil. 1947-ci ildə, Hindistan Britaniya tərəfindən bölünəndən sonra Hindistan və Pakistan 3 müharibə yaşamalı olub - 1947-1949 illərdə, 1965-ci ildə və 1971-ci ildə.

AzPolitika.info.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol