Menu

İŞİD Səddam Hüseynin sarayından orqan alveri üçün istifadə edir

01.06.2015, 21:47
İŞİD Səddam Hüseynin sarayından orqan alveri üçün istifadə edir

İŞİD terror qruplaşması İraqın keçmiş lideri Səddam Hüseynin sarayını hospitala çevirib və burada qanunsuz insan orqanı alveri həyata keçirir. Musavat.com-un məlumatına görə, bu barədə “Fars” agentliyi İraqdakı kürd mənbələrinə istinadən xəbər yayıb.

Səddam Hüseynin saraylarından biri Mosuldadır. Mənbənin dediyinə görə, İŞID silahlıları burada insan hissələrinin alınması və satılması üçün xüsusi hospital yaradıblar.

Bildirilir ki, terrorçular pul qazanmaq üçün qarşıdurma zamanı öldürülmüş adamların orqanlarını satırlar. “İŞİD Mosulda geniş miqyaslı orqan alverinə cəlb olunub. Özü də orqanlar kifayət qədər baha qiymətə satılır”, - deyə qaynaq əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol