Polşadakı NATO şəxsi heyəti 400 zabit və 45 mülki şəxsdən ibarət olacaq
NATO rəhbərliyi Polşanın Şetsin şəhərindəki Şimal-şərq korpusunun möhkəmləndirməsinə qərar verib. NATO qərargahının işinə Alyansa üzv olan bir çox ölkələrinin hərbçiləri cəlb ediləcək, eləcə də korpusun maliyyələşdirilməsi artırılacaq.
Bundan əlavə, Polşadakı NATO şəxsi heyəti 2 dəfə artırılaraq, 400 zabit və 45 mülki şəxsdən ibarət olacaq.
İlk dəfə Hərbi-Hava, Hərbi-Dəniz Qüvvələri və xüsusi-təyinatlı qüvvələr bir araya gətiriləcək.
Qərargahın sülh şəraitindəki vəzifələrinə Ukraynadakı vəziyyətin monitorinqi və Baltikyanı ölkələrdə komanda məntəqələrinin əlaqələndirilməsi daxildir.


Şərhlər