Menu

FIFA-da "Xəzər Lənkəran"ın "məhkəmə"si oldu

02.06.2015, 18:52
FIFA-da "Xəzər Lənkəran"ın "məhkəmə"si oldu

Qərar isə yaхın günlərdə qəbul olunaraq kluba və futbolçuya təqdim olunacaq. Bu gün FIFA-da "Xəzər Lənkəran"la bağlı şikayətə baхılıb. Anspress-in məlumatına görə, ali futbol qurumunda Eder Bonfimin şikayəti ilə bağlı dinləmələr olub.

FIFA-nın Mübahisəli Məsələlər Komitəsi hər iki tərəfi dinləyib. Qərar isə yaхın günlərdə qəbul olunaraq kluba və futbolçuya təqdim olunacaq.

Xatırladaq ki, "Xəzər Lənkəran" Eder Bonfimi alkoqola qurşandığı üçün heyətdən kənarlaşdırmışdı. Braziliyalı futbolçu hətta özü də Rumıniya mətbuatına müsahibəsində alkoqol asılılığından müalicə aldığın etiraf etmişdi.

Eder Bonfim 2011-2013-cü illərdə "Xəzər Lənkəran"da 63 oyun keçirmiş və 5 qol vurmuşdu. O, ölkəmizdən ayrıldıqdan sonra heç bir klubda oynamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol