Menu

İşdən qovulan rəisə ictimai təhlükəsizliklə bağlı vəzifə verildi

03.06.2015, 10:55

axar.az1395155292ramilDaxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. "azvision.az"ın xəbərinə görə, vəzifəsindən uzaqlaşdırılan Biləsuvar rayon polis şöbəsinin rəisi Saleh Abdullayeva daha önəmli vəzifə verilib.

Belə ki, sonuncu kollegiya iclasında şiddətli töhmət cəzası alan, sonra isə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilərək sərəncama göndərilən polis polkovniki Saleh Abdullayev daxili işlər naziri Ramil Usubovun əmri ilə DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboruna rəis təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol