AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, hərbi formada ikən donuz ətindən hazırlanmış buterbrod yediyinə görə, yaxınlarda ABŞ-dan miqrasiya etmiş İsrail əsgəri cəzalandırılıb. «Associated Press» xəbər verir ki, donuz ətindən buterbrodu ona nənəsi hazırlayıbmış (Lenta.ru).
Əvvəlcə gənc oğlanı (onun adı bildirilmir) 11 günlük həbsə alıblar. Amma əsgərin qohumlarının KİV-ə təmasından sonra yerli qanun keşikçisi məsələ barədə müdafiə nazirinə məktub göndərib. Nəticədə, onun cəzası dəyişdirilib – gənc oğlana elə həmin müddət ərzində hərbi bazanın ərazisini tərk ermək qadağan olunub.
İsrail KİV-nin yaydığı məlumata görə, yaxın vaxtlarda Bostondan İsrailə köçmüş əsgər, qidalanma barədə bu ölkənin hərbi qaydalarından xəbərsiz olub.
Məlumat üçün bildirək ki, İsrail ordusunda yalnız sinaqoqun icazə verdiyi qidadan istifadə oluna bilər. Bu, iudaçılığın qanunlar toplusunun (Qalaxa) tələblərinə tam cavab verən qidadır. Toplu ilə yeyilməsi qadağan olunmuş qidalar aşağıdakılardır – donuz əti, bəzi həşaratlar, krab, delfin və osminoq əti.
AzPolitika.info


Şərhlər