Bakıda səfərdə olan London şəhərinin Lord meri Alderman Alan Yarrow Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatının inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib.
“Azərbaycan iqtisadiyyatı indi keşməkeşli dövrünü yaşayır. Böyük Britaniya Azərbaycanın iqtisadiyyatının uğurlarını yaxından izləyir və onun inkişafı üçün öz dəstəyini əsirgəməyəcək”, cənab Alderman Alan Yarrow jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, mövcud iqtisadi durumdan çıxış yolu kapital bazarının inkişaf etdirilməsidir.
Lord mer 31 may 2 iyun tarixlərində Bakıda müxtəlif görüşlər keçirib, o, səfərin əsas məqsədinin kommersiya münasibətlərinin müzakirəsi olduğunu bildirir.
Cənab Yarrow Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarından da danışıb. O deyib ki, bir neçə il öncə Londonda da Olimpiya oyunları keçirilib və uğura nəticələnib. “Mən inanıram ki, Azərbaycanda keçirilən bu olimpiya yunlaı da uğurlu olacaq”.


Şərhlər