Menu

“Saakaşvili bacarıqlı olduğunu sübuta yetirib" - RƏSUL QULİYEV

03.06.2015, 16:07
“Saakaşvili bacarıqlı olduğunu sübuta yetirib" - RƏSUL QULİYEV

"Şöhrətpərəst Saakaşvili Odessada uğur qazanacaq” 

"Təbiətcə avantürist və şöhrətpərəst olan Saakaşvili, Gürcüstanda prezident olduğu müddətdə həm yaxşı komanda toplaya bilib, həm də bu komandası ilə korrupsiya və rüşvətin qarşısını ala bilib. Nəticədə bu gün heç bur təbii resursu olmayan Gürcüstanda orta əmək haqqı Azərbaycandan yuxarıdır."

Bunları eks-spiker Rəsul Quliyev Moderator.az-a açıqlamasında keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilməsi hadisəsini şərh edərkən deyib.

R.Quliyevin fikrincə, Saakaşvili və komandasının bu uğuruna görə indi onları Ukrayna hökumətində işə götürürlər. "Odessa vilayəti illik məhsul istehsalına görə böyük, əhalisinin sayına görə Gürcüstana yaxın bir vilayətdir. Eyni zamanda da Ukraynada korrupsiya və rüşvətin ən yüksək səviyyədə olduğu vilayətdir. Vilayətin daxilində bir-birini qəbul etməyən bir neçə klan mövcuddur, ona görə hamının qəbul edəcəyi qubernator tapmaq çox çətindir. Şöhrətpərəst Saakaşvili Odessada qısa bir müddətdə dəyişiklik etmək üçün dəridən-qabıqdan çıxacaq və əminəm ki, uğur qazanacaq. Çünki ukraynalılar gürcülərdən daha çox işlək və məsuliyyətli adamlardır. Bunlardan əlavə Poroşenko Saakaşvili ilə dostdur və ən əsası, ona inanır. Saakaşvili isə sözdə yox, işdə bacarıqlı olduğunu sübuta yetirib."

Qeyd edək ki, əvvəllər Rəsul Quliyev Saakaşvilini sərt tənqid edən açıqlamaları ilə diqqəti çəkib. İndi onu tərifləməsi maraqlıdır.

Vaqif NƏSİBOV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol