Menu

Fələstinə yönəlik mövqeyinə görə, İsrail inamı itirə bilər - Barak Obama

04.06.2015, 00:58
Fələstinə yönəlik mövqeyinə görə, İsrail inamı itirə bilər - Barak Obama

İsrail və Fələstinin mövcudluğu məsələsinə yönəlik Bunyamin Netenyahunun irəli sürdüyü şərtlər onun ölkəsinə olan inamı sarsıdır. Bu fikri ABŞ prezidenti Barak Obama çərşənbə axşamı İsrailin «Kanal -2» televiziyasına verdiyi müsahibədə səsləndirib (TASS).

Prezident xatırladıb ki, Netenyahunun hakimiyyətdə olduğu müddət ərzində iki dövlətin sülh şəraitində qonşuluq etməsinə imkan yaradan həll variantı işlənib hazırlanmayıb: «Hesab edirəm ki, bundan sonra (son seçkilərdən) öz bəyanatlarında o, Fələstin dövlətinin mövcud olmasının mümkünlüyü barədə danışıb, amma o qədər yanlışlar, o qədər şərtlər olub ki, yaxın vaxtda onların reallaşdırılmasının mümkünlüyünü düşünmək real deyil. Burada təhlükə ondan ibarətdir ki, ümumilikdə, İsrail özünə olan inamı itirə bilər...».

ABŞ prezidentinin sözlərinə görə, beynəlxalq birlik Təl-Əvivin Fələstinlə sülh şəraitində yaşaya biləcəyinə artıq inanmır. Obama həm də güman edib ki, seçkilərdən dərhal sonra Netenyahunun iki dövlət haqqında səsləndirdiyi bəyanatlar «sadəcə, əvvəlki status-kvoya qayıtmaq - biz sülhdən abstrakt formada danışarkən, onu sabaha, sonraya saxlamaq cəhdidir...».

Müsahibənin gedişində Obamaya belə bir sual da verilib ki, Ağ Evin öz siyasətini dəyişmək barədə əvvəlki bəyanatlarını nəzərə alsaq, ABŞ İsraili necə dəstəkləyəcək? Prezident qeyd edib ki, burada söhbət Fələstin probleminin müzakirəsi zamanı İsraili beynəlxalq arenada dəstəkləməkdən gedib. Eyni zamanda, ABŞ ona müdafiə sferasında da əhəmiyyətli köməklik göstərir: «Bu, dayanmayacaq, çünki bu, bizim vədimizin, İsrailin təhlükəsizliyindən danışarkən mənim elədiyim rəsmi vədin bir hissəsidir...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol