Menu

Saxlanılan MİT TIR-larının yeni görüntüləri üzə çıxdı- VİDEO

04.06.2015, 13:36
Saxlanılan MİT TIR-larının yeni görüntüləri üzə çıxdı- VİDEO

Türkiyədə baş tutan “MİT TIR”ları əməliyyatının yeni görüntüləri ortaya çıxıb. Musavat.com-un məlumatına görə, yerli media tərəfindən yayımlanan videoda Milli Kəşfiyyat İdarəsinin (MİT) nümayəndələri ilə jandarma arasındakı dava nəzərə çarpır.

Videodan görünür ki, 19 yanvarda Adanada saxlanılan 3 TIR sürücüsü və onları müşayiət edən MİT nümayəndələri jandarmaya sənəd təqdim etmək istəmir, söyüb-qışqırırlar. Jandarma da eyni sərtliklə qarşılıq verir.

Dövlətin əmrlərini yerinə yetirdiklərini deyən MİT-çilər maşınlardan endirilib yerə uzadılaraq qandallanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol