Bakı Banklararası Valyuta Birjası (BBVB) praktiki olaraq fəaliyyətini dayandırıb. Bu barədə fins.az-a BBVB-dən bildirilib. Məlumata görə, hazırda birja formal olaraq fəaliyyət göstərir. Buna səbəb Azərbaycanın kommersiya banklarının BBVB vasitəsilə valyuta əqdləri bağlamaqdan imtina etməsidir. Hazırda banklar xarici valyutanın alqı-satqısını birbaşa öz aralarında və ya Mərkəzi Bankla həyata keçirirlər.
BBVB 21 iyun 1993-cü il tarixində qapalı səhmdar cəmiyyət kimi təsis olunub. Onun səhmdarları Аzərbаycаn Мərkəzi Bаnкı, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Aqrаrкrеdit” bank olmayan kredit təşkilatıdır.


Şərhlər