Menu

Kolleclərə müsabiqə şərtləri açıqlandı

04.06.2015, 17:46
Kolleclərə müsabiqə şərtləri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə və V qrupa qəbulla bağlı müsabiqə şərtlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə biləcək.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə biləcək.

Qeyd edək ki, buraxılış imtahanında bir düz sual 1 balla hesablanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol