Mahir qarmon ifaçısı bu gün səhər saatlarında dünyasını dəyişib
Qarmon ifaçısı Rövşən Şəkili dünyasını dəyişib. Bu barədə məlumatı əməkdar artist, müğənni Aybəniz Haşımova verib.
O, qarmon ifaçısının bu gün səhər saatlarında dünyasını dəyişdiyini deyib.
"Əziz və çox sevimli sənətkarımız, bütün sənətçilərin əziz dostu, əvəzsiz insan, gözəl qarmon ifaçısı Rövşən Şəkili bu gün səhər saatlarında haqq dünyasına qovuşdu. O, uzun sürən ürək çatışmazlığından sonra dnüyasını dəyişib. Allah haqq dünyanda yerini rahat etsin, Allah sənə rəhmət eləsin".
Xatırladaq ki, Rövşən Şəkili respublikanın əməkdar artisti, müğənni Aybəniz Haşımovanın ansamblının üzvü idi.
O, bir neçə ay öncə də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, sonradan vəziyyəti stabilləşdiyi üçün evə buraxılmışdı.


Şərhlər