Menu

ABŞ-da şeytana heykəl qoyurlar

07.01.2014, 15:50
ABŞ-da şeytana heykəl qoyurlar

Amerika Birləşmiş ştatlarının “Satana” təriqətinin nümayəndələri Oklahoma ştatının hökumətinin və Ali Məhkəməsinin yerləşdiyi Kapitoli binasının önündə Şeytana heykəl qoymaq qərarına gəliblər. Belə ki, onlar qoyacaqları heykəlin maketini ictimaiyyətə təqdim ediblər. Bu barədə məlumatı Assoşeytd Press agentliyi yayıb.

Layihə müəlliflərinin dediyinə görə, heykəlin hündürlüyü iki metrə çatacaq. Şeytan heykəlinin Bafomet adlandırılan məxluq şəklində hazırlanması nəzərdə tutulur. Şeytana sitayiş edənlərin bildirdiyinə görə, Bafomet – gövdəsi qadın bədənli, iri qanadlı, başı isə keçı kəlləsi formasında təsəvvür edilir. Bu layihəyə əsasən, Bafomet oturmuş vəziyyətdə başının üstündə şam, onun arxa planında pentaqram (beş ulduz), ayaqlarının sağ və sol tərəflərində isə iki gülümsəyən uşaq təsvir olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol