Menu

FHN-in əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

05.06.2015, 21:19
FHN-in əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib.

FHN-nin saytında verilən məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol