Menu

İri biznesmenlər ətraflarına olan borclarını qaytarmaq istəmir

06.06.2015, 01:25
İri biznesmenlər ətraflarına olan borclarını qaytarmaq istəmir

“Oliqarxgeyt işi” ilə bağlı araşdırmalar davam edir. İri biznesmenləri çağırıb banklardan, xüsusən Beynəlxalq Bankdan götürdükləri kreditlərin ödənilməsini tələb edirlər. Hüquq mühafizə orqanları dindirmələrin detalları barədə məmulat verməkdən yayınırlar. Yalnız prezident Binəqədidəki 16 mərtəbəli binanın yanmasının səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyasının iclasında deyib ki, bəzi məmurlar və biznesmenlər böyük mənimsəmələrə yol veriblər və buna görə cavab verəcəklər. Dövlət başçısı deyib ki, vaxtı çatanda baş verənlər haqda ictimaiyyətə məlumat veriləcək.

İri biznesmenlərin vəkillərinin sözlərindən aydın olur ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində onlardan tələb edirlər ki, Beynəlxalq Bankından götürdükləri krediti qaytarsınlar. Kreditləri ödəyən iri biznesmenlər sərbəst buraxılırlar.

Müsavat.com- a daxil olan məlumatlara görə, saxlanılandan sonra problemli kreditləri ödəyən, bununla da azadlığa qovuşan biznesmenlər yaxın çevrələri ilə problemlər yaşamaqdadırlar. Belə ki biznesmenlər ətraflarındakı kiçik biznesmenlərə ən müxtəlif işlər gördürüb, onların şirkətlərinin istehsal etdikləri malları alıblar. İndi isə həmin görülən işlərə, göstərilən xidmətlərə və onların şirkətlərindən alınan mallara görə pul ödəmək istəmirlər. Bunu pulları kreditlərə yönəltmələri ilə izah edirlər.

Saxlanılaraq kredit sınağına çəkilən iri biznesmenlərin ətrafında yüzlərlə belə şirkətlər var və həmin şirkətlərdə minlərlə işçi çalışır. Yaxın aylarda onların əməkhaqqılarının verilməyəcəyi də artıq aydındır. Yada salaq ki, belə sınaqla qarşılaşan, həbsə alınan iri biznesin nümayəndələrindən biri də AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev idi. Onun həbsindən sonra Bakının Qaradağ rayon ərazisində yerləşən metanol zavodu fəaliyyətini dayandırıb. N.Piriyev artıq azadlıqdadır. Lakin onun zavodu fəaliyyətini bərpa etməyib. 350-yə yaxın fəhlə təkcə bu oliqarxın zavodunun dayanması səbəbindən işsiz qalıb. Onlara çalışdığı aylara görə əmək haqlarının verilmədiyi də gələn xəbərlər sırasındadır.

Maraqlı budur ki, Beynəlxalq Bankın keçmiş rəhbərliyi “oliqarxgeyt” işindən kənarda qalıb. Borcların tələb edilməsi prosesi hələlik iqtisadi duruma mühüm təsir göstərmir. Lakin uzunmüddətli perspektivdə bu, həmin oliqarxların müəssisə və obyektlərinin bağlanması, ölkədən kapital axını, investisiya mühitinin pisləşməsi demək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol