Menu

Azərbaycan valyuta bazarının həftəlik icmalı - CƏDVƏL

06.06.2015, 12:15

manatÖtən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0012 manat (0,11 faiz) artıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,0487 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
25 may 1,0493 1 iyun 1.0494
26 may 1,0495 2 iyun 1,0496
27 may 1,0498 3 iyun 1,0484
28 may - 4 iyun 1,0479
29 may 1,0494 5 iyun 1,0482
Həftə ərzində orta məzənnə 1,0495 Həftə ərzində orta məzənnə 1,0487

Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0258 manat (2,24 faiz) ucuzlaşıb. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,1644 manat səviyyəsində müəyyən olunub.

Avroya nisbətdə manatın rəsmi məzənnəsi:
25 may 1,1529 1 iyun 1,1493
26 may 1,1485 2 iyun 1,1470
27 may 1,1423 3 iyun 1,1696
28 may - 4 iyun 1,808
29 may 1,1498 5 iyun 1,1751
Həftə ərzində orta məzənnə 1,1484 Həftə ərzində orta məzənnə 1,1644

Ötən həftə 1 unsiya qızılın dəyəri 15,8552 manat (1,27 faiz) aşağı düşüb. Müvafiq olaraq, qızılın orta qiyməti 1246,986 manat təşkil edib.

1 unsiya qızılın qiymətinin dəyişməsi:
25 may 1263,99 1 iyun 1250,2552
26 may 1264,67 2 iyun 1259,4150
27 may 1244,4329 3 iyun 1249,77
28 may - 4 iyun 1241,09
29 may 1243,539 5 iyun 1234,40
Həftə ərzində orta 1254,158 Həftə ərzində orta 1246,986

İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol